Burdasız: Ana səhifəXəbərlərGÜNEY AZƏRBAYCAN MİLLİ TƏŞKİLATLARININ URMU GÖLÜ İLƏ BAĞLI BIRGƏ BƏYANATI‏
FacebookMySpaceTwitterDiggDeliciousStumbleuponGoogle BookmarksRedditNewsvineTechnoratiLinkedinMixxRSS Feed

GÜNEY AZƏRBAYCAN MİLLİ TƏŞKİLATLARININ URMU GÖLÜ İLƏ BAĞLI BIRGƏ BƏYANATI‏

urmu-goluteshkilatlarGAİP XƏBƏR: Güney Azərbaycanda Urmu gölünün məqsədyönlü qurudulması siyasəti, milyonlarla Azərbaycan Türkünün öz tarixi torpaqlarından didərgin salınması, millətimizin bütün varlığının fars şovinistləri tərəfindən hədəfə alınmasını aydın şəkildə ortaya qoyur.

Mütəxəsislərin rəyinə ğörə bu gün Urmu gölünün bu vəziyyətə düşməsinə səbəb Urmu gölunə axan çaylar üzərində tikilən çox saylı su bəndləridir. Onların gəldiyi nəticəyə görə, Urmu gölünün 27000 illik çöküntülərinin araşdırılması sübut edir ki, Urmu gölü bu uzun dövr ərzində heç bir quruma təhlükəsi ilə üzləşməyib. Son illərdə onun qurumasının yeganə səbəbi fars hakimiyyətinin apardığı məqsədli siyasətdən qaynaqlanır. Fars mərkəzli siyasi hakimiyyət Urmu gölünü qurutmaqla Azərbaycan Türklərini öz ana torpaqlarından didərgin salmaq, onun milli və mədəni sərvətlərini öz xeyrinə istifadə etmək istəyir.

Fars şovinizminin əsas siyasəti Azərbaycanın tamamilə məhv edilməsinə yönəlsə də, heç şübhəsiz Azərbaycan Türkü bu irqçi və məhvetmə siyasətinə susmayacaq.

Bugünki şəraitdə öz haqlarımızı əldə etmək istiqamətində milli iradəmizi bir bütün olaraq ortaya qoyub, beynəlxalq hüququn verdiyi imkanlardan yararlanaraq dinc etirazlar keçirmək və haqlıetirazlarımızı daha mütəşəkkil formada aparmalıyiq.

Bu səbəbdən çıxış edərək biz, Güney Azərbaycan milli təşkilatları olaraq Urmu gölünə axan çayların qarşısında tikilən su bəndlərinin açılması, həbsdə olan bütün milli-mədəni fəalların qeydsiz-şərtsiz və təcili azad edilməsi və Ana dilinin rəsmi olması məqsədi ilə Azərbaycan milli hərəkatı fəallarının 9 Mehrə etiraz çağırışlarını tam dəstəkləyirik və bütün millətimizi bu etirazlara qatılmağa çağırırıq.

Bəyanatı imzaladılar:

Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT)

Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT)

Dünya Azərbaycanlıları Konqresi (DAK)

GünAz TV

Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)

Görüşümüz : Saat 17.00 Şəhərlərin əsli xiyavani

25.09.2011

 

 
Şərhlər (1)
Chagirisha cavab
101.10.2011 19:13
Eherli
Heyf ki diger teshkilatlarla birlikde chagirish vermediniz.Sual budur ki bu chagirisha cavab aldmadiginiz halda nece dushunursuz.

Şərh yazın

SmileCoolCrying or Very SadEmbarrassedA Smoker/Foot in mouthSadUser is an angel (at heart, at least)A Kiss/Lips Are SealedLaughingBiting one's tongue/Put Your Money Where Your Mouth IsBeen Smacked In The Mouth/Wears A Brace/My lips are sealeSurprisedSticking Out TongueConfusedWinkYelling
Ad:
Mövzu:
Şərhlər: